Bakıda hava şəraiti ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz isə 28-32 dərəcə isti olacaq.