Bakıda sabaha olan hava bəlli olub.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz isə 24-27 dərəcə isti olacaq.