Bakıda sabah olacaq hava proqnozu bəlli olub.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 26 sentyabr tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21, gündüz isə 23-26 dərəcə isti olacaq.