Bakıda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz isə 31-36 dərəcə isti olacaq.