Bakı və Abşeronda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
4 aprel tarixində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperatur gecə 5-8, gündüz isə 13-16 dərəcə isti olacaq.