Bakı və Abşeronda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
İyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25, gündüz isə 32-37 dərəcə isti olacaq.