Bakıda hava şəraiti isti olaraq qalacaq. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz isə 23-28 dərəcə isti olacaq.