Bakıda hava buludlu olacaq. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
26 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz isə 29-34 dərəcə isti olacaq.