Paytaxtda prospektdə təmir işləri başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, sentyabrın 6-da, saat 06:00-dan etibarən 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
[caption id="attachment_148929" align="alignnone" width="640"]
Foto AAYDA[/caption]