Bakıda daha bir dələduza hökm oxunub. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 37 yaşlı Vasif İsmayılov 5 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar şirkətlərin birindən 30.000 AZN dəyərində olan kranı ayda 2400 manat icarə haqqı ödəmək şərti ilə götürüb, daha sonra kranı başqa şəxsə satıb və pulu ödəməkdən imtina edib. Eyni hal həmin şirkətdə yenə baş verib. Belə ki, bu dəfə 80.000 AZN dəyəri olan ekskavatoru götürən V.İsmayılov yenə eyni yolla onu satıb və pulu ödəməkdən imtina edib.
Bundan əlavə, təqsirkar başqa şəxsə avtomobil alveri ilə məşğul olduğunu deyərək onun maşınını satıb və 5500 AZN pulu maşının sahibinə verməyib.