Bakıda yaradılan parklanma yerlərinin sayı açıqlanıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun verdiyi məlumata görə, paytaxt ərazisində 19.000-ə yaxın parklanma yerləri təşkil edilib.
"Parklanma sahəsində hər ay nizam-intizamın artdığının şahidi oluruq. Qanunsuz parklanma yeri təşkil edən fiziki və hüquqi şəxslərə maliyyə sanksiyaları nəzərdə tutulur. Parklanma ilə bağlı nağd ödənişlər də qanunsuzdur", - deyə o qeyd edib.