Bakıda taksi fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə normativ-hüquqi aktların layihələri üç ay müddətində hazırlanacaq. Bu haqda Bakuplus.az 7 fevral tarixində xəbər verir.
Yeni normativlərlə bağlı məlumat Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.