Bakıda taksi kimi fəaliyyət göstərən bir çox avtomobillər köhnədir. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayevin sözlərinə görə, Bakıda taksilərin 60%-nin yaşı 15 ildən çoxdur.
“Hazırda paytaxtda yaşı 5-10 il olan taksilər 10%, 10-15 il olanlar isə 21% təşkil edir. Yaşı 15-20 il olan taksilər 42%, yaşı 20 ildən çox olan taksilər isə 20% təşkil edir”, – deyə o əlavə edib.