Azərbaycanda taksi xidməti sektorunda tənzimləmələrdən sonra paytaxtda taksilərin sayı iki dəfə azalıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
“Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – Hümmətov bildirib.