Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransın açılış mərasimi keçirilir. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan Rif Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən tibb təhsili sahəsi üzrə mütəxəssislər iştirak edirlər.
Oktyabrın 10-dək davam edəcək konfransda 30-dan çox tanınmış dünya ekspertinin məruzəsi dinləniləcək. Tibbi təhsilə dair ən yaxşı yanaşmalar və təcrübələr də nəzərdən keçiriləcək.
Tibb Təhsili üzrə Beynəlxalq Konfrans Azərbaycanda ilk dəfə keçirilir. Əvvəlki illərdə tədbir BƏƏ, Mavrikiy, Türkiyə, Kanada və Pakistanda təşkil olunub.
[caption id="attachment_115858" align="alignnone" width="640"]
Foto Report.az[/caption]