2 sentyabr tarixində Bakı Dəmir Yol vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində reydlər təşkil edilib. Bu barədə daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində məlumat yayılıb.
Yoxlamalar Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Reydlər zamanı sanitar-gigeyenik qaydalara əməl etməyən və tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati protokollar tərtib edilib. 20-yə yaxın şəxs cərimə edilib, 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün xəbərdarlıq olunub.