Bu gün, 4 noyabr tarixində Bakıda və Abşeron yarımadasında toz-duman müşahidə olunur. Bu haqda Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova məlumat verib. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2,5 dəfə artıqdır.
Abbasovanın sözlərinə görə, yaxın iki gündə hava şəraitindən asılı olaraq belə tozlu hava gözlənilir. Peyk çəkilişlərinə görə, havadakı toz hissəcikləri transsərhəd xarakter daşıyır.