Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Apa-ya istinadən məlumat verir.
Arabir güclənən cənub istiqamətli küləklərin təsiri nəticəsində ölkə ərazisinə toz axını daxil olub. Bu cür hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir.
16 avqust tarixində cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz azalacaq.