Bakıda və Abşeron yarımadasında tozlu hava davam edir. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınları üstünlük təşkil etdiyindən yenidən havada transsərhəd tozlanma müşahidə olunur. Bu səbəbdən paytaxt ərazisində tozun miqdarı 1,2 dəfə normadan artıb.
“Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir”, – deyə Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib.