Bakıda tozun miqdarı artıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən Azərbaycana daxil olub. Tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir”, - deyə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.