Bu gün, iyunun 6-sı səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında 23-25 m/s-lik güclü şimal-qərb küləyi (tufan küləyi) əsir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Neft Daşlarında dalğaların hündürlüyü 2,4 metrə çatır.
Azərbaycanın bir çox şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qeyri-sabit hava şəraiti iyunun 9-dək davam edəcək.