Paytaxtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası baş tutub.
Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, tədbir “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə Nizami rayonunda “Araz” supermarketində keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 2345 litr olan plastik və 32 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.