Bakıda Endokrinologiya şöbəsində ödənişsiz həkim qəbulu təşkil olunacaq. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az “Bona Dea Hospital”a istinadən xəbər verir.
Hospitalıın Uşaq endokrinoloqu Uzm. Dr. Cəmalə Məmmədova uşaqları ödənişsiz müayinə edəcək. Aksiyanın aprel ayının sonuna qədər hər həftənin çərşənbə axşamı günü keçirilməsi planlaşdırılır.
Həkim qəbuluna yazılmaq üçün 900 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.