Bakıda yetkinlik yaşına çatmayanların işgəncəyə məruz qaldığı “Sevgi Evi” qadın və uşaq sığınacağının müdiri Könül Qasımova barəsində cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Toplanmış materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda uşaqlara əzab-əziyyət verilməsi barədə məlumat ötən ilin may ayında üzə çıxıb.
Araşdırmalar nəticəsində ötən ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər sığınacaqda saxlanılan Cəmilə Məmmədovanın (ad şərtidir) həmin müddət ərzində psixoloji və fiziki zorakılığa məruz qaldığı və başqa bu cür əməllərə şahid olduğu məlum olub.
Sığınacaqda qalan digər iki azyaşlının bədənində də orada qaldıqları vaxt xəsarət izləri aşkarlanıb.
Daha ətraflı məqalədə.