Respublika ərazisində silah təhvili davam edir. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
İyunun 28-də polis əməkdaşları paytaxtвф və ölkənin müxtəlif rayonlarında 3 avtomat silahı, 4 tüfəng, 2 qumbara, 1 alışdırıcı, 5 patron darağı və 619 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.