Bakıya daha bir xidmət gəlir. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Tedroid.com-a istinadən xəbər verir.
Bildirilir ki, paytaxt ərazisində velosiped kirayəsi üçün yeni “velosharing” xidməti fəaliyyətə başlayacaq. Bununla bağlı hazırda ölkəyə çoxlu sayda elektrik velosipedlər gətirilir.
Sözügedən xidmətin “Apar” brendi altında təqdim olunacağı gözlənilir. Daha öncə ölkədə “Car sharing” xidmətinin olacağı bildirilmişdi.