Tezliklə Bakıda ictimai velosiped icarəsi fəaliyyətə başlayacaq. Artıq paytaxtda müvafiq meydançalar salınır. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Meydançalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən quraşdırılır. Sözügedən nöqtələrdə ətraflı təlimatı təqdim edən lövhələr də qoyulub.
Qurumdan hazırda heç bir məlumat təqdim edilməyib.