Bakıda velosiped parklanma məntəqələri quraşdırılır. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.
Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyalarının qarşısında, ticarət mərkəzlərində, bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.