Paytaxtda “Wolt Market” açılıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 2 iyun tarixində xəbər verir.
Bakıda “Wolt” tərəfindən çatdırılma üçün nəzərdə tutulan anbar tipli mağaza artıq fəaliyyət göstərir. Burada müştərilərə 2000-dən çox seçimdən ibarət məhsul çeşidi təqdim edilir.
Şirkət sifariş verildiyi andan etibarən 30 dəqiqə müddətində məhsulları qapıya çatdırmağı hədəfləyir.
Baş menecer Sergi Marganiya bildirib ki, “Wolt Market” tərəfdaşlıq etdiyimiz yüksək keyfiyyətli partnyorlarımız siyahısına bir əlavədir.
Xidmət 09:00-03:00 vaxt intervallarında göstəriləcək.