Bakıda baş həkim işindən ayrılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.
Nazirin digər əmri ilə həmin vəzifəyə Nazim Hacıyev təyin edilib.