Bakıda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar daha bir konfrans keçirilib. Bu haqda BakuPlus.az APA-ya istinadən 24 fevral tarixində xəbər verib.
Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Xarici İşlər nazirinin müavini Elnur Məmmədov və Xocalı şahidi Xəzəngül Əmirova çıxış ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş etdirilib.