Bakıda rəsmi qeydiyyatda olan 80 və yuxarı yaşda olan sakinlərin sayı açıqlanıb. Bu haqda 2 iyun tarixində Modern.az məlumat verib.
Dövlət Statistika Komitəsi bildirib ki, 2021-ci ilin əvvəlinə Bakı şəhərində rəsmi qeydiyyatda olan əhalinin sayı 2 milyon 300 min 500 nəfər təşkil edib.
Onlardan 1.144.300 nəfəri kişilər, 1.156.200 nəfəri isə qadınlar təşkil edib.
Paytaxtda 80 yaş və yuxarı 36.001 uzunömürlü vətəndaş var. Onlardan 15.371-i kişi, 20.630 nəfəri qadındır.