Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
27 iyun tarixində Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz, əsasən, yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20, gündüz isə 25-28 dərəcə isti olacaq.