Bakıda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
18 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 30-35 dərəcə isti olacaq.