Bakıda sabah hava necə olacaq? Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
4 avqust tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.