Bakı və Abşeronda yağış yağacaq. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında 19 oktyabr axşam saatlarından etibarən 20 oktyabr səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan yağacaq, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.