Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) elektromobillər üçün enerji doldurma yerlərinin açılması planlaşdırılır. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
"Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyi hazırda bu istiqamətdə müvafiq addımlar atır.
Bakıda 8 YDM-də (hər məntəqəyə 1 ədəd) qurğular quraşdırılacaq. Bunun üçün ilkin mərhələdə 3 milyon ABŞ dolları investisiya qoyuluşu nəzərdə tutulub.
Gələcəkdə layihə bütün Azərbaycanı əhatə edəcək.
“Bu, elektromobillərdən istifadənin genişlənməsinə ciddi təkan verəcək”, – deyə ictimai birliyin sədri Camid Mövsümov bildirib.