Paytaxtda yeni ekspres marşrutu sərnişinlərin ixtiyarına verilib.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Hövsan qəsəbə sakinlərinin “28 May” metro stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayıb.
Müasir və komfortlu avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.