Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisindəki işıqforlara 3.178.566 manat xərcləyəcək.
Müqaviləyə əsasən, paytaxtda yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması; habelə mövcud işıqfor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
Bu işləri BNA-nın müqavilə bağladığı publik hüquqi şəxs “Techmaster” MMC həyata keçirəcək.