Orta məktəblər üçün nəzərdə tutulmuş məktəbli formaları satışa çıxarılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Bakı Tikiş Evinə istinadən məlumat verir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, formalar dörd rəngdə nəzərdə tutulub. Satışda yay və qış komplektləri mövcuddur.
Oğlanlar üçün şalvar tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi rənglərdə, qızlar üçün ətək tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi rənglərdə təqdim olunub.
Qızlar üçün şalvar tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi rənglərdə tikilir. Polo tipli qısaqol və uzunqol köynək ağ, mavi, bej rənglərdədir. Önü bağlanılan cibli jaket göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) rənglərdə mövcuddur.
[caption id="attachment_108942" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]
[URIS id=107506]