Bakıda daha iki ünvanda xüsusi düymə ilə idarə olunan yeni isıqfor quraşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən “8 Noyabr” prospektində piyada keçidinin önündə düymə ilə idarə olunan isıqfor qoyulub. Sözü gedən ünvanda yol 4 hərəkət zolağından ibarətdir və hərəkət təhlükəsizliyinin səviyyəsini artırmaq məqsədilə yeni eyni səviyyəli piyada keçidi çəkilib.
Həmçinin, Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və panduslar inşa olunub.