Paytaxtın mərkəzindəki küçələrdən birində təmir işləri yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Bakının 28 May küçəsi təmir işlərinin yekunlaşmasından sonra əhalinin istifadəsinə verilib.
Küçənin təmirdən sonrakı görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, 28 May küçəsində velosiped zolağı yaradılıb. Zolağın üstündə həmçinin ərazidə yaşayan sakinlərin avtomobillə məhəlləyə daxil ola bilmələri üçün də şərait təşkil edilib.