Bakının 3 “ASAN Xidmət” Mərkəzlərində abituriyentlərə xidmət göstərilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər verir ki, Mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı.
Xidmət 5, 6 və 7 saylı “ASAN Xidmət” Mərkəzlərində fəaliyyət göstərir. Eləcə də 146-2 nömrəsinə zəng vuraraq Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.