“Bibiheybət” Gəmi Təmiri Zavodunda növbəti gəmi əsaslı təmir olunub. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) istinadən xəbər verir.
“Taman” kran gəmisinin yenidənqurma işləri çərçivəsində baş və köməkçi mühərriklər, nasoslar, hava balonları, boru sistemləri, eləcə də sukeçirməyən qapılar və illüminatorlar təmir edilib. Həmçinin gəminin elektrik hissələrində yoxlama və təmir işləri aparılıb, gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.
Bundan əlavə, dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda da yenidənqurma işləri aparılıb.
Təmirdən sonra 25 ton yükqaldırma qabiliyyətinə malik “Taman” kran gəmisi sınaqlardan sonra yenidən istismara verilib.