“Qala” Qoruğu Beynəlxalq Assosiyasiyaya üzv olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu xəbər verir ki, Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyasına (EXARC) üzv qəbul edilib.
Danimarka Krallığında təsis edilən EXARC təşkilatının hazırda 432 üzvü var. Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası, eyni zamanda Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.
1988-ci ildə yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərdabələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yaradılıb.