Bu gün, 18 oktyabr tarixində paytaxtda yollarda təhlükəsizliyin artırılması üçün profilaktik tədbirlər həyata keçirilir. Bu barədə Avtosfer.az xəbər verib.
Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə söhbətlər aparılıb, onlara, bu qaydaların pozulması intensiv hərəkət üçün maneə yaratdığı izah edilib.
Bu cür tədbirlər nəticəsində yol polisi sürücülərin məsuliyyətini artırmaqla yanaşı, onları qaydaları pozmaqdan çəkindirmək üçün profilaktik söhbətlər aparmağa çalışır.