Bakıda zəlzələ ilə bağlı Təcili Tibbi Yardıma müraciətlər edilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Zəlzələ səbəbindən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Onlardan 2-si tibb müəssisəsinə aparılıb. Digərlərinə yerində yardım göstərilib.
Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.