Bakı Dairəvi avtomobil yolunda təmir işləri aparılır. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Hazırda işlər “Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində aparılır.
Təmir-bərpa işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur.
Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Qurum sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olan zaman diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələrini xahiş edir.