Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
7 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.