TƏBİB xəstəxanaların qiymətləndirməsini açıqlayıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Vətəndaşlar tərəfindən cari ilin ilk 6 ayı ərzində “e-Tabib” mobil tətbiqi vasitəsilə aparılan qiymətləndirmə nəticəsi paylaşılıb. Belə ki, qiymətləndirmədə ümumilikdə 7812 nəfər iştirak edib. Onların seçdikləri tibb müəssisələri aşağıdakı kimidir:
- Bakı Baş Səhiyyə Mərkəzi – 447 nəfər orta hesabla 4.4 bal;
- Sumqayıt Tibb Mərkəzi – 1276 nəfər orta hesabla 4.4 bal;
- Abşeron Rayon Mərkəzi Xəstəxanası – 832 nəfər orta hesabla 4.4 bal;
- Neftçilər Xəstəxanası – 772 nəfər orta hesabla 4.6 bal;
- Yeni Klinika – 461 nəfər orta hesabla 4.5 bal.
TƏBİB-nin tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində müraciət tarixçənizlə “e-Tabib” mobil tətbiqi vasitəsilə tanış olmaq mümkündür.